Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-07-2024 , 09:19

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Onun ən böyük uğuru….


Bu gün onun günüdür. O, insanın ki, beş ilə yaxındırki  kollektivə rəhbərlik edir. Və nəzərə alsaq ki, bu beş ilin iki ilini də “pandomiya”  ilə mübarizə aparılıb,  onda  bu fəaliyyətin necə gərgin keçdiyinin şahidi olarıq.

Qeyd edilməlidir ki, məhz onun rəhbərliyi dövründə sədri olduğu bələdiyyənin adı yüksək tribunalardan çəkilməyə başlanıldı. Üstəlik, formalaşdırdığı kollektiv əvvəlki illərdəki neqativi aradan qaldıra bildi. İstər bələdiyyənin hüquqşünası, istər vergi xidmətinin rəhbəri, istərsə də kollektivin digər üzvləri öz fəaliyyətləriylə  bələdiyyənin inkişafına, problemlərin sürətli həllinə, vergi yığımının artımına müsbət  təsiri göstərmiş oldular. 

Söhbət Xəzər rayonunda formalaşan bələdiyyələr sırasında özünə məxsus yeri olan Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanovdan gedir.   

Uzun illərdən bəri bələdiyyə sahəsində təhlil və müşahidələr apardığımdan mübaligəsiz deyə bilərəm ki, Şüvəlan bələdiyyəsinin inkişafı məhz onun rəhbərliyi dövründə başlayıb. Sözsüz ki, fəaliyyət zamanı  indi də bir sıra ciddi problemlərlə üz -üzə qalsa da ümidlidir, nikbindir və ən əsası  tezliklə bələdiyyənin inkişafına mane olan məsələlərin həllinə inanır.

Onu da əlavə edim ki, Telman Süleymanovun ən böyük uğuru onun formalaşdırdığı kollektivdir. Məhz bələdiyyənin bu gün ərazidə hörmət, çəki və nüfuzunun artması onun formalaşdırdığı kollektin fəaliyyəti sayəsində əldə olunub.

Belə əziz gündə dəyərli insana sağlıqlı illərlə bələdiyyə sahəsində daha böyük uğurlara imza atmağı arzu edirəm.

Hörmətlə Vüqar Tofiqli  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər